Prokurorluq işçilərinin maaşlarına əlavə ARTIRILDI

Prokurorluq işçilərinin maaşlarına əlavə ARTIRILDI
Cəmiyyət
Oxunma sayı: 6 339
Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Bununla bağlı Prezident İlham Əliyev “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Dəyişikliklə prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli deyil, 1,25 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Qanunun indiyə qədərki bəndi isə belə idi:
"Prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir".
“Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik layihələri dövlət qulluqçularının əməkhaqqı sisteminin təkmilləşdirilməsi, eyni vahid əməkhaqqı sisteminin tətbiqi ilə bağlı aparılan islahatların davamıdır.
Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.