Limon qabığının faydaları nələrdir? Həm yeməklərdə, həm təmizliklərdə...

Limon qabığının faydaları nələrdir? Həm yeməklərdə, həm təmizliklərdə...
Cəmiyyət
Oxunma sayı: 6 155
Limon müxtəlif müsbət xüsusiyyətləri olan sitrus meyvələrindən biridir. Çox vaxt limonu soyaraq, ya da yalnız suyundan istifadə olunur. Amma limonun özü kimi qabığı da çox faydalıdır.
Limon qabağının istifadə olunma yollarını təqdim edirik: 
Limon qabığını əzərək ondan kosmeteloji vasitə hazırlamaq mümkündür. Təbii, ətirli bədən skrabı hazırlamaq üçün limon qabığını zeytun yağı və  şəkərlə qarışdırmaq lazımdır.
Bundan əlavə, limon qabığından təmizlik işlərində də istifadə etmək olar. Bunun üçün onu bir qaba tökərək üzərinə su tökün və dəmləyin. Daha sonra alınan məhlula bir çay qaşığı xardal əlavə edin.
 Həmçinin, kranları ərpdən və əl-üz yuyanı təmizləmək üçün limon qabığı yaxşı alternativdir.  
Hazırladığımız məhlula süngər batırıb soyuducunu silə bilərsiniz. Bu zaman oradakı xoşagəlməz qoxular da dərhal yox olacaq. 
Limon qabığının tarakanları qovduğuna da inanılır. Otaqların küncünə limon və ya digər sitrus meyvələrin qabıqlarını qoymaq kifayətdir.
Bunlarla yanaşı, limon qabağı yeməklərə xüsusi dad qatmaq üçün də istifadə olunur. Onu piroqların tərkibinə, balıq, sosu və ət yeməklərinə ədviyyat kimi əlavə etmək lazımdır. Bu zaman möhtəşəm dadı hiss edəcəksiniz.