Kişi uşağının və qayınanasının üstünə qaynar su tökdü

Kişi uşağının və qayınanasının üstünə qaynar su tökdü
Cəmiyyət
Oxunma sayı: 585
Gəncədə ailə münaqişəsi zamanı 3 nəfər yanıq xəsarətləri alıb.
APA məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
1970-ci il təvəllüdlü Nazakət Zeynalova, 1994-cü il təvəllüdlü Elnarə Quliyeva və 2013-cü il təvəllüdlü Səma Quliyeva bədənlərinin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara yadım göstətilib, vəziyyətlərinin kafi olduğu bildirilir. 
Məlumata görə hadisə ailə münaqişəsi zamanı baş verib. Əsəblərini cilovlaya bilməyən Elşən Quliyev qayınanası, arvadı və azyaşlı qızının üstünə qaynar su töküb. Faktla bağlı araşdırma aparılır.