Aparıcı Çinarə Əliyeva nişanlısı Ruslan Rəsulla tanışlığının detallarından danışıb. Bu mövzu haqda o, “Zaurla Günaydın” proqramında açıqlama verib. Çinarə deyib ki, Ruslanı ilk görüşdən bəyənib: “Amma Ruslan çox savadlıdır, elmi danışırdı. Mən də başa düşmürdüm. Dedim ki, loru danış, konkretləşdir. Sonra məndən xəbərsiz gedib anamla görüşüb. O da dedi ki, bu əla oğlandır. Bacım da kənardan şəklini çəkib göndərib ki, sən bu oğlana ərə getməlisən”.