“20 Yanvar” metro stansiyası yaxınlığındakı məhəllə “dava meydanı”na çevrilib? - YENİLƏNİB
Cəmiyyət
Oxunma sayı: 10 915
“20 Yanvar” metro stansiyasının yaxınlığında tez-tez dava-dalaş müşahidə edilən məhəllə polis tərəfindən nəzarətə götürülüb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, məsələ ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb. 11:23 “20 Yanvar” metro stansiyasının yaxınlığında yaşayan sakinlər mütəmadi səs-küydən, dava-dalaşdan şikayət edirlər. Bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb. Videoda iddia edilir ki, “20 Yanvar” dairəsi yaxınlığında yerləşən binaların məhəllələri nəzarətsiz qalıb: “Kimin nə problemi varsa, bu məhəllədə həll edir. Bağçanın həyətidir. Gecə saat 2-3 oldu, burada qrup kimi toplaşıb başlayırlar. Söyüş söyürlər, mübahisə edirlər. Nəzarət yoxdur buralara”.