Paytaxtda sərnişin avtobusu “Mercedes”lə toqquşdu

Paytaxtda sərnişin avtobusu “Mercedes”lə toqquşdu
Cəmiyyət
Oxunma sayı: 7 691
Bu gün Bakının Suraxanı rayonunda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Zığ-Hövsan yolunda “Mercedes” markalı avtomobil 103 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.
Nəticədə nəqliyyat vasitələri yararsız hala düşüb. Qəza zamanı xəsarət alanların olub-olmadığı hələlik dəqiqləşməyib.