Bir sıra yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Cəmiyyət
Oxunma sayı: 18 532
Bu gün ölkəmizin bir sıra magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, martın 25-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.