Uşaqlarda piylənmənin yaranma səbəbi nədir? - CAVAB

Uşaqlarda piylənmənin yaranma səbəbi nədir? - CAVAB
Cəmiyyət
Oxunma sayı: 16 579
Uşaqlarda piylənmənin yaranmasının müxtəlif səbəbləri var.
Xarici mətbuat xəbər verir ki, uşaqlarda obezin yaranması və inkişaf etməsində həm genetik, həm də mühit faktorlarının rolu var. Bütün hallarda uşaqlarda piylənmənin əsasında energetik disbalans dayanır, yəni orqanizmin qəbul etdiyi enerji israf etdiyi enerjidən çox olur.
Bağırsaq bakteriyaları uşaqlarda mümkün piylənmə problemi haqqında məlumat verir.
Fransada aparılan bir araşdırmaya görə, bağırsaq bakteriyası uşaqların gələcəkdə kilolu olub-olmadığını göstərə bilər. Bağırsaq bakteriyaları sayəsində uşaqların daha sonrakı yaşlarda artıq çəki olub-olmayacağını təxmin etmək mümkündür.
Araşdırmalar göstərir ki, bir insanda nə qədər çox bakterioit varsa, onların piylənmə ehtimalı bir o qədər az olur.
Bağırsaq florası uşaqlıqda və sonrakı həyatda çəki artımına təsir edə biləcək mühüm erkən həyat faktorudur. Müxtəlif bakterial qruplardakı balanssızlıq piylənmənin inkişafında mühüm rol oynayır.
Uşaqlarda piylənmənin yaranma səbəbi nədir? - CAVAB