“Konyaspor” Mahir Emrelini transfer etmək istəyir

“Konyaspor” Mahir Emrelini transfer etmək istəyir
Cəmiyyət
Oxunma sayı: 16 890
Xorvatiyada gələn ay icarədən qayıdacaq “Dinamo”nun (Zaqreb) futbolçuları müzakirə edilərkən milli komandamızın hücumçusu Mahir Emreli də diqqət çəkib.
“Index.hr” portalı xəbər verir ki, xorvatiyalı həmkarlarımız "Konyaspor"un Emrelini transfer etmək istədiyini iddia edib:
“Ante Çaçiçin icarəyə göndərdiyi futbolçulardan biri də Mahir Emreli idi. Azərbaycanlı hücumçu daha çox oyun vaxtı qazanmaq istədiyi “Konyaspor”a yollandı. Türkiyə klubu onu təxminən 2 milyon avroya transfer etmək imkanı var. O, doqquz matçda bir qol vurub və Türkiyə klubu onu transfer etmək istəyir”.
Azərbaycan millisinin hücumçusunun Xorvatiya klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi hesablanıb.