Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin tələbəsi, para-atlet, Vətən müharibəsi qazisi Ömər Bozbaxov İsveçrənin Notvil şəhərində keçirilən Qran-Pridə nüvə itələmə yarışında gümüş medal qazanıb.
Ö.Bozbaxov bu nəticə ilə Fransanın paytaxtı Paris şəhərində iyulda keçiriləcək Atletika üzrə dünya çempionatına lisenziya əldə edib.