İşçilərin attestasiyasının keçirilməsində dəyişiklik
Cəmiyyət
Oxunma sayı: 19 898
Nazirlər Kabineti “İşçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 23 may 2001-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Azərbaycanda işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 ildə peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınacaq.