Xəbər verdiyimiz kimi, Xocavənddə ermənilərin törətdiyi terror aktında 4 polis əməkdaşı həlak olub. Terror nəticəsində həlak olan 1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlunun fotosunu təqdim edir. Onun əmisi Aydın Zamanov 90-cı illərin əvvəllərində Sədərək döyüşlərində şəhid olub. Qeyd edək ki, Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.