Astarada bir neçə kəndi birləşdirən yol çökdü

Astarada bir neçə kəndi birləşdirən yol çökdü
Cəmiyyət
Oxunma sayı: 9 825
Astara rayonunda selin törətdiyi fəsadlar artmaqdadır.
Report xəbər verir ki, ötən gecə Astara rayonunun Şağlazüzə kəndində Pensər - Şağlazüzə - Şamətük kəndlərini birləşdirən dağlıq yol çöküb. Yolda nəqliyyatın hərəkəti daynıb.
Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpünü də sel suları dağıdıb.
Ərazidə təmir-bərpa işlərini aparmaq üçün isə öncə dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır.