Qarabağdan könüllü şəkildə köçən ermənilərin sayı 65 min nəfəri keçib. Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, sentyabrın 28-i səhər saat 08.00-a olan məlumata görə, 65 036 nəfər Laçın dəhlizindən keçərək Ermənistana daxil olub.