Millimiz Avro-2021-ə məğlubiyyətlə başladı

Millimiz Avro-2021-ə məğlubiyyətlə başladı
İdman
Oxunma sayı: 149
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
F qrupunda mübarizə aparan yığmamız Monteneqro ilə qarşılaşıb. Tiflisdə keçirilən matç rəqibin 3:1 (25:23, 25:21, 21:25, 25:15) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 8-də Gürcüstana qarşı keçirəcək.