Bakıdakı Dünya Kubokunda ikinci günə start verildi

Bakıdakı Dünya Kubokunda ikinci günə start verildi
İdman
Oxunma sayı: 222
Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib.
Idmançılar hazırda gürz və lentlə hərəkətlərdə qüvvələrini sınayırlar.
Azərbaycan təmsilçilərindən Zöhrə Ağamirova saat 14:15-də, Arzu Cəlilova isə saat 14:21-də çıxış edəcək.
Saat 18:00-dan isə qrup hərəkətləri proqramında 3 halqa və 2 cüt gürzlə təsnifat yarışı başlayacaq. Azərbaycanı Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina və Güllü Ağalarzadə təmsil edəcək.
Qeyd edək ki, Dünya Kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, ümumilikdə 167 gimnast iştirak edir. Azərbaycan yığması yarışın ilk günündə 5 topla hərəkətlərdə 43 xal toplayıb və finala vəsiqə qazanıb.
Həm fərdi, həm də komanda yarışlarında finallar mayın 9-da olacaq.