Velosipedçimiz Ukraynada birinci yeri tutdu

Velosipedçimiz Ukraynada birinci yeri tutdu
İdman
Oxunma sayı: 137
Azərbaycanın şose velosipedi üzrə elit yığmasnın üzvü Samir Cəbrayılov Açıq Ukrayna Kuboku yarışının 3-cü mərhələsinin qalibi olub.
Federasiyadan verilən məlumata görə, idmançı 4 günlük yarışın yekununa əsasən, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pillsinə qalxıb.
136 km-dən ibarət ilk yarış günündə finiş xəttini 8-ci keçən Cəbrayılov növbəti gün 141 km məsafəni hamıdan tez qət edib (3 saat, 31 dəqiqə, 42 saniyə) və mərhələ qalibi olub.
112 km-lik 3-cü və 20 km-lik 4-cü mərhələlərdə (fərdi ötüşmə) müvafiq olaraq 5-ci və 4-cü nəticə göstərən velosipedçi bununla da ümimi təsnifatda bütün rəqibləri üçün əlçatmaz olmaqla 1-ci yerə layiq görülüb.