Boksçumuz erməniyə qalib gəldi

Boksçumuz erməniyə qalib gəldi
İdman
Oxunma sayı: 182
Azərbaycan boksçusu Lorenzo Sotomayor Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib. 

Sabahnews.az xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan erməni əsilli Danimarka yığmasının üzvü Sebastian Terteryanı mübarizədən kənarlaşdırıb. 
Boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən yarışda erməni əsilli rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. 
Sotomayor yarışa ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb. O, koronavirus pandemiyası üzündən cəmi 3 gün davam edən turnirin 1/16 finalında Dmitri Qalaqota (Moldova) qalib gəlib. Yarış bu gün bərpa olunub. Lorenzonun çəki dərəcəsində ilk 6 yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaq. 
Sotomayordan öncə rinqə çıxan Aynur Rzayeva (75 kq) isə Yelizaveta Vojçikə (Polşa) uduzub. 
Qeyd edək ki, bu gün daha iki boksçumuz mübarizəyə qoşulacaq.