Azərbaycan millisi səfərdə Moldovaya qarşı

Azərbaycan millisi səfərdə Moldovaya qarşı
İdman
Oxunma sayı: 175
Bu gün futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirəcək.
Azərbaycan komandası səfərdə Moldova yığmasının qonağı olacaq. Kişineudakı “Zimbru” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bu matç komandalar arasında sayca 11-ci görüş olacaq. İndiyədək 10 oyunun 8-i yoldaşlıq, 2-si dünya çempionatının seçmə mərhələsinə təsadüf edib. Qarşılaşmaların üçündə Moldova, ikisində Azərbaycan millisi qələbə qazanıb. Beş görüşdə qalib müəyyənləşməyib.