Çempionlar Liqası: “Neftçi“nin potensial rəqibi bilindi

Çempionlar Liqası: “Neftçi“nin potensial rəqibi bilindi
İdman
Oxunma sayı: 159
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizi turnirində təmsil edən "Neftçi"nin də 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşib.
"Ağ-qaralar" 2-ci mərhələdə Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq və ilk matçını evdə oynayacaq..
Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə iyulun 28-də Bakıda keçirəcək. 3-cü təsnifat mərhələsinin görüşləri isə 3-4 və 10 avqustda oynanılacaq.