İki cüdoçumuz Tokio-2020-də mübarizəni dayandırdı

İki cüdoçumuz Tokio-2020-də mübarizəni dayandırdı
İdman
Oxunma sayı: 131
Tokio-2020-də cüdo yarışlarına start verilib.

İki cüdoçumuz - Kəramət Hüseynov və Aişə Qurbanlı tatami üzərinə çıxıb. 
Yarışa 1/16 final mərhələsindən başlayan Qurbanlı elə ilk görüşündə məğlubiyyətə uğrayıb. Cüdoçumuz sözügedən mərhələdə Portuqaliya idmançısı Katarina Koştaya uduzub.

60 kq çəki dərəcəsində yarışan Kəramət isə cəmi bir mərhələ adlaya bilib. 1/16-də Böyük Briyaniya təmsilçisi Eşli Makkenzini məğlubiyyətə uğradan Hüseynov 1/8 final mərhələsində gürcüstanlı Luxum Tsxvimiani ilə qarşılaşıb. Cüdoçumuz bu görüşdə rəqibinə ipponla məğlub olaraq mübarizəni dayandırıb. 

Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur.