"Tokio-2020": Koreya kanalı təhqiramiz təqdimata görə üzr istədi (FOTO)

"Tokio-2020": Koreya kanalı təhqiramiz təqdimata görə üzr istədi (FOTO)
İdman
Oxunma sayı: 136
Cənubi Koreyanın “MBC” telekanalının aparıcısı "2020-Tokio" Olimpiya Oyunlarının açılış mərasimində milli komandalar üçün təhqiramiz görüntü və təqdimat seçiminə görə üzr istəyib.
Bu barədə "BBC" məlumat yayıb.
Belə ki, "MBC" televiziya kanalı İtaliyanın təqdimatı üçün pizza, Rumıniya üçün Drakula, Norveç üçün somon balığının tikəsi, Ukrayna üçün Çernobıl şəkillərindən istifadə edib.
Digər bir narazılıq doğuran məqam isə Haiti idmançıları stadiona daxil olarkən səslənən ifadələr olub. Ekranda bu dövlət haqqında "Prezidentin öldürülməsi səbəbindən siyasi vəziyyəti stabil olmayan ölkə" təqdimatı gedib. Suriya olimpiya yığması rəsmi törəndən keçərkən isə, belə bir başlıq yazılıb: "10 ildir davam edən vətəndaş müharibəsi."
 
"Tokio-2020": Koreya kanalı təhqiramiz təqdimata görəüzr istədi (FOTO)