AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bölgələrə səfər çərçivəsində Qusar rayonunda olub. O, Qusar şəhər 4 saylı orta məktəbin meydançasında aşağı yaş qruplarından ibarət komandaların üvləri ilə görüşüb. Uşaqlara AFFA-nın adından futbol geyimləri və toplar verilib. Daha sonra simvolik oyun keçirilib.