Azərbaycanın yeniyetmə Dubayda qızıl medal qazandı

Azərbaycanın yeniyetmə Dubayda qızıl medal qazandı
İdman
Oxunma sayı: 178
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan Azərbaycanın yeniyetmə idmançısı Qacar Mirzə Dubayda təşkil olunan “Muay Tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, turnirdə 5 döyüş keçirən 15 yaşlı idmançı bütün görüşlərdə müvəffəqiyyətlə çıxış edib və rəqiblərinə qalib gəlib.
Qacar Mirzə 2006-cı il mayın 11-də Bakıda anadan olub.
Kiçik yaşlarından idmanın üzgüçülük, güləş və taekvondo növləri ilə məşğul olan idmançı valideynlərinin işi ilə əlaqədar 10 yaşında BƏƏ-yə köçüb.
Mirzə orada “Tiger kickboxing” klubuna daxil olaraq, muay tay və kikboksinq idman növləri ilə məşğul olmağa üstünlük verib.
Dəfələrlə yarışlarda iştirak edən idmançı 2019-cu ildə kecirilən “Muay Tay Gənclər Çempionatında” gümüş medal qazanıb.