Mahir Emrelinin 3-cü testinin cavabı bilindi - Yenilənib
İdman
Oxunma sayı: 155
Azərbaycan millisinin hücumçusu Mahir Emreli 3-cü dəfə koronavirus testi verəcək. Bu barədə futbolçunun anası Elnurə Emreli məlumat verib. O bildirib ki, Mahirdə heç bir simptom yoxdur: “Mahirin səhhəti yaxşıdır. Koronavirusun heç bir simptomu yoxdur”. *** Mahir Emrelinin üçüncü koronavirus testinin cavabı da mınfi çıxıb. Bu barədə onun anası Elnurə Emreli məlumat verib. Buna baxmayaraq, Emreli bugünkü matçda meydana çıxmayacaq.