“Qarabağ“ın qapıçısı UEFA reytinqdə

“Qarabağ“ın qapıçısı UEFA reytinqdə
İdman
Oxunma sayı: 17
UEFA DÇ-2022-nin seçmə mərhələsinin 8-ci turundan sonra futbolçuların statistik göstəricilərini açıqlayıb.
Ən yaxşılar arasında Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev də yer alıb.
O, seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasındadır.
27 yaşlı qolkiper meydana çıxdığı 7 oyunda 40 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb.
San Marino yığmasının üzvü Elia Benedettini 44 "seyv"lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel (43) ikinci sıradadır.