Azərbaycanda Olimpiya çempionu koronavirusa yoluxdu - Foto
İdman
Oxunma sayı: 173
Azərbaycanın həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina koronavirusa yoluxub. Bu barədə 73 yaşlı mütəxəssisin özü məlumat yayıb. Veteran həndbolçu 5 gündür ev şəraitində müalicə olunduğunu və hazırda özünü yaxşı hiss etdiyini bildirib. Şubina soyuqdəymədən xəstələndiyini söyləyib: "Mən hovuza gedirəm. Yəqin ki, orada soyuqdəyməm olub və bu da hazırkı xəstəliyə gətirib çıxardıb". Qeyd edək ki, Lyudmila Şubina keçmiş SSRİ yığmasının tərkibində 1976-cı il Monreal Yay Olimpiya Oyunlarının qalibi olub. O, həmçinin dünya çempionatlarında gümüş (1975) və bürünc (1973) medallar qazanıb. Hazırda Şubina "Qaradağ" həndbol klubunun prezidentidir.