Ermənini döyən idmançımız: “Gecəni yatmadım ki, səhər açılsın, onu əzim“

Ermənini döyən idmançımız: “Gecəni yatmadım ki, səhər açılsın, onu əzim“
İdman
Oxunma sayı: 26
Qarışıq döyüş növləri (MMA) üzrə Azərbaycan idmançısı Gözəl Zutova İstanbulda keçirilən Yusif Fight Championship (YFC) turnirində Ermənistan təmsilçisi Nara Marqarosyana qalib gəlib.
Ermənistan təmsilçisi Nare Narqarosyana 10 saniyəyə qalib gələn Azərbaycanın qadın MMA döyüşçüsü Gözəl Zutova bildirib ki, bir gün əvvəl çəkiölçməyə çıxanda rəqiblə üz-üzə gəlib və onun sifətini görüb: "Gecəni yatmadım ki, səhər açılsın, onu əzim".
O qeyd edib ki, bu, onun 11-ci qarşılaşması idi:
“Heç birində belə əsəbi olmamışdım. Şəhidlərimiz gözümün önünə gəlmişdi. Onu "dəmir yumruq"la vurdum, ona bizim dəmir yumruğun gücünü hiss etdirdim". Onu vurduqca yenə vurmaq istəyirdim...”