Almaniyanın "Bavariya" klubunun futbolçusu Erik Şupo-Motinq koronavirusa yoluxub. Münhen təmsilçisinin rəsmi saytı xəbər verir ki, 32 yaşlı hücumçu karantinə alınıb. Kamerunlu forvardın durumunun yaxşı olduğu bildirilib. Qeyd edək ki, Erik Şupo-Motinq 2020-ci ildən "Bavariya"da çıxış edir.