Azərbaycan əsilli döyüşçü braziliyalı idmançını duelə dəvət etdi

Azərbaycan əsilli döyüşçü braziliyalı idmançını duelə dəvət etdi
İdman
Oxunma sayı: 252
Azərbaycan əsilli döyüşçü Rafael Fiziyev braziliyalı Rafael Dus Anjusu Mütləq Döyüş Çempionatında (UFC) duelə dəvət edib.

Dus Anjus "Twitter”də ABŞ-dan olan Toni Ferqyusonla fevralın 19-da revanş keçirmək istədiyini yazıb.


Fiziyev isə bu paylaşıma reaksiya verib: "Biz hamımız bu qarşılaşmanı görmüşük. Mən artıq UFC-yə həmin gün üçün hazır olduğumu demişəm”.

Qeyd edək ki, Ferqyuson 2016-cı ildə Rafael Dus Anjusa qalib gəlib.