"Neftçi"nin futbolçuları koronavirusa yoluxdu

"Neftçi"nin futbolçuları koronavirusa yoluxdu
İdman
Oxunma sayı: 75
"Neftçi"də koronavirusa yoluxma halları qeydə alınıb.
Bunu klubun rəsmi televiziyası açıqlayıb. Komandanın fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo, futbolçular -  Sezar Meza Kolli və Tiaqo Bezerrada infeksiya aşkarlanıb.

Yarımmüdafiəçi Xorxe Korreanın isə ailə üzvləri koronavirusa yoluxub. Bu səbəbdən, argentinalı futbolçunun özü də vətənində karantinə alınıb.
Onlar "ağ-qaralar"ın bu gün start götürən təlim-məşq toplanışında iştirak etməyiblər.
Digər legioner Mamadu Mboc isə şəxsi işləri ilə bağlı klubdan icazə alıb. Mamadu Kane isə hazırda Afrika Millətlər Kubokunda iştirakı ilə əlaqadar "Neftçi"nin düşərgəsinə gec qoşulacaq.