“Qalatasaray”ın keçmiş futbolçusu qəzada öldü

“Qalatasaray”ın keçmiş futbolçusu qəzada öldü
İdman
Oxunma sayı: 140
Türkiyə millisinin sabiq futbolçusu Ahmet Çalık avtomobil qəzasında ölüb.
Türkiyə mətbuatı xəbər verir ki, hadisə səhər saatlarında baş verib. 
28 yaşlı futbolçunun idarə etdiyi maşın Ankara-Niğde yolunda aşıb. Təcili tibbi yardım hadisə yerinə gəlsə də, futbolçunun həyatını xilas etmək mümkün olmayıb. 
Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Ahmet Çalık 2017-2020-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, 2015-2017-ci illərdə Türkiyə yığmasının heyətində 8 oyun keçirib.
  • “Qalatasaray”ın keçmiş futbolçusuqəzada öldü