İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqas “Monako”dan ayrılıb. 35 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. Fabreqas 2019-cu ilin yanvarından şərəfini qoruduğu Liqa1 klubundan ayrıldığını açıqlayıb. “Arsenal”, “Çelsi” və “Barselona”nın sabiq oyunçusu karyerasını hələ başa vurmayacağını bildirib. Qeyd edək ki, “Monako” 2021/22 mövsümündə Fransa Liqa 1-ni 3-cü pillədə başa vurub.