Şahmat yığmamız Slovakiyaya qalib GƏLDİ

Şahmat yığmamız Slovakiyaya qalib GƏLDİ
İdman
Oxunma sayı: 6 682
Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
VI turda Slovakiya seçməsi ilə qarşılaşan yığma inamlı qələbə qazanıb - 3:1.
Şəhriyar Məmməmdyarov, Qədir Hüseynov və Nicat Abbasov rəqiblərinə qalib gəlib. Vasif Durarbəyli isə öz görüşünü məğlubiyyətlə başa vurub.
Komanda ilk turda Əlcəzairi 4:0, II turda Filippini 3:1, III turda isə Argentinanı 2,5:0,5 hesabı ilə üstələyib. IV turda Türkiyə ilə heç-heçə edən yığma ardınca Kubaya uduzub