Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti AÇIQLANDI
İdman
Oxunma sayı: 7 110
Cüdo üzrə Azərbaycan milli komandasının oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb. Federasiyadan verilən məlumata görə, 8 gün davam edəcək mundialda ölkənin 11 idmançısı mübarizə aparacaq. Cüdoçulara performans direktor Mark van der Ham, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçilər Mövlud Mirəliyev, Elçin İsmayılov və Mehman Əzizov, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər. Dünya çempionatında fərdi yarışlar 6 - 12 oktyabrda, komanda yarışları isə 13 oktyabrda olacaq. Göprüşlər Daşkənddə yerləşən “Humo Arena”da baş tutacaq. Qadınlar 48 kq. Leyla Əliyeva 52 kq. Gültac Məmmədəliyeva Kişilər 60 kq. Kəramət Hüseynov 66 kq. Orxan Səfərov Yaşar Nəcəfov 73 kq. Rüstəm Orucov Hidayət Heydərov 81 kq. Səid Mollayi 90 kq. Məmmədəli Mehdiyev 100 kq. Zelim Kotsoyev +100 kq. Uşanqi Kokauri Qeyd edək ki, dünya çempionatına ümumilikdə 80-dən çox ölkədən 500-dən çox idmançı qatılacaq.