Maldini: “İbrahimoviçlə şərt kəsdik”

Maldini: “İbrahimoviçlə şərt kəsdik”
İdman
Oxunma sayı: 1 317
“Milan”ın direktoru Paolo Maldini zədəsini yeni sağaldan hücumçu Zlatan İbrahimoviçin vəziyyətini şərh edib.
54 yaşlı Maldini klub rəhbərliyi ilə İbrahimoviç arasındakı şifahi sövdələşmədən danışıb.
“İbrahimoviç müqaviləni yeniləyəndə ona dedik ki, özünü 100% bərpa etməlisən” – “Milan”ın idman direktoru bildirib.
P.Maldini əlavə edib ki, İbrahimoviç karyerasını bitirmək ehtimalından narahatdır: “Lakin o, təmkinli olmalıdır. Həyat həmişə onun üzünə gülüb”.
Xatırladaq ki, dizindən əməliyyat olunduğu üçün isveçli hücumçu bu mövsüm hələ debüt edə bilməyib.
Mənbə: La Gazzetta dello Sport