Ronaldo daha bir rekord qırdı

Ronaldo daha bir rekord qırdı
İdman
Oxunma sayı: 970
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya rekorduna imza atıb.
37 yaşlı hücumçunun DÇ-2022-nin 1/8 finalında İsveçrə ilə matçı (6:1) 400-cü beynəlxalq oyunu olub. İndiyədək heç kim 400 beynəlxalq oyun həddinə çatmayıb.
Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb.
Ronaldo bu 400 matçın 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib. Forvard Çempionlar Liqasında 187, Avropa Liqasında 8, klublararası dünya çempionatının 8, UEFA Superkubokunda isə 2 görüşdə meydanda olub.