Messi ətrafında müxtəlif şayiələr dolaşır

Messi ətrafında müxtəlif şayiələr dolaşır
İdman
Oxunma sayı: 6 570
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının direktoru İbrahim Əlkasim Lionel Messinin yerli klublardan birinə keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Hazırda Lionel Messinin mümkün transferi barədə heç nə bilmirik. Gizlətməsəm də, Səudiyyə Ərəbistanının Futbol Federasiyası olaraq onun nə vaxtsa bizim liqamızda oynamasını istərdik. Federasiyanın ideyası həmişə futbolumuzu inkişaf etdirməkdir və əlbəttə ki, Krişiano və Messini yenidən eyni liqada görmək istərdik, amma həqiqət budur ki, indi heç nə bilmirik”, - xarici media məlumatına görə, Əlikasim deyib. 
Xatırladaq ki, Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Şayiələrə görə, argentinalı klubunu dəyişməyə hazırdır, lakin eyni zamanda o, “Barselona”ya qayıtmaq niyyətində deyil və Səudiyyə Ərəbistanından gələn təklifləri nəzərdən keçirməyə hazırdır.