Santuş bu millinin baş məşqçisi oldu

Santuş bu millinin baş məşqçisi oldu
İdman
Oxunma sayı: 6 155
Portuqaliyalı mütəxəssis Fernando Santuş Polşa millisinin baş məşqçisi təyin olunub.
Xarici media bildirir ki, bu barədə Polşa Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb və əlavə edilib ki, komanda Avro-2024-ün seçmə mərhələsinin final mərhələsinə çıxacağı təqdirdə müqavilə avtomatik uzadılması nəzərdə tutulur.
Xatırladaq ki, Santuş bundan əvvəl Avro-2016-nın, eləcə də Millətlər Liqasının qalibi olduğu Portuqaliya millisinə rəhbərlik edib.
2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında komanda Mərakeşə uduzaraq 1/4 final mərhələsini adlaya bilməyib, bundan sonra Santuş istefa verib.