Dünya çempionundan ÇAĞIRIŞ: “Rusları turnirlərə buraxmayın!”

Dünya çempionundan ÇAĞIRIŞ: “Rusları turnirlərə buraxmayın!”
İdman
Oxunma sayı: 1 380
Şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen rusiyalı idmançıları beynəlxalq turnirlərdə iştiraka buraxmamağa çağırıb.
“Düşünürəm ki, ruslara qarşı oynamaq getdikcə daha qəribə olur. Əvvəlcə mən balanslı yanaşmanın tərəfdarı idim ki, insanları rəqabətdən uzaqlaşdırmadan əvvəl yaxşı düşünmək lazımdır. Xüsusilə bunun hansı uzunmüddətli perspektivləri olacağını bilməməkdən irəli gəlirdi. İndi bu, uzun müddətdir davam etdiyinə görə, mən getdikcə daha çox inanıram ki, ruslara icazə verilməməlidir. Ancaq buna qərar vermək mənim səlahiyyətimdə deyil”, - xarici media bildirir ki, şahmatçı vurğulayıb.
Əvvəllər Karlsen dünya titulu uğrunda görüşdən və ardıcıl ikinci dəfə Namizədlər Turnirinin qalibi Yan Nepomniyaşi ilə görüşməkdən imtina etmişdi. Rusiyalı apreldə çinli Din Lijenlə oynayacaq.