PSJ onun üçün 200 milyon ödəməyə hazırdır

PSJ onun üçün 200 milyon ödəməyə hazırdır
İdman
Oxunma sayı: 710
PSJ "Mançester Siti"nin hücumçusu Erlinq Holandın transferi üçün 200 milyon avro ödəməyə hazırdır. 
Bu barədə “Marca” xəbər verir.
Məlumata görə, “Real” Haalanda alternativ olaraq PSJ-nin hücumçusu Kilian Mbappenin transferi üzərində işləməyə davam edir.
Mənbənin sözlərinə görə, PSJ Haaland üçün təxminən 200 milyon avro ödəməyə hazırdır ki, bu da öz növbəsində Lionel Messi, Neymar və Serxio Ramosun klubdakı gələcəyinə təsir edə bilər.
Daha əvvəl məlum olmuşdu ki, “Mançester Siti”nin hücumçusunun 200 milyon avroluq sərbəst qalma müddəası 2024-cü ildə deyil, 2025-ci ilin yayında aktivləşdiriləcək. Norveçli futbolçunun sərbəst qalma bəndinin 2025-ci ildə qüvvəyə minəcəyi ilə bağlı müqaviləsini uzatmaq gələcək “şəhərlilər”in baş məşqçisi Xosep Qvardioladan asılıdır.