Xavi “Barselona”ya şərt qoydu

Xavi “Barselona”ya şərt qoydu
İdman
Oxunma sayı: 17 457
“Barselona”nın baş məşqçisi Xavi Hernandes klubdan məvacibinin artırılmasını tələb edir.
Jurnalist Luis Roxonun sözlərinə görə, o, gələn həftə Kataloniya klubunun prezidenti Joan Laporta ilə görüşərək maaşının artırılmasını müzakirə edəcək.
Mənbənin sözlərinə görə, Xavi buna layiq olduğuna inanır, çünki o, “Barselona” ilə İspaniya çempionluğunu vaxtından əvvəl qazanıb.
Hazırda mütəxəssis 4 milyon avro məvacib alır. Bildirilir ki, rəhbərlik Xavinin maaşının artırılmasına qarşı deyil.
Qeyd edək ki, “Barselona”nın 41 yaşlı mütəxəssislə müqaviləsi 2024-cü ilə qədər hesablanıb.
Mənbə: sport-express.ru