“Qarabağ” - “Rakuv” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” - “Rakuv” oyununun biletləri satışa çıxarıldı
İdman
Oxunma sayı: 8 282
Bakıda Ağdamın “Qarabağ” və Polşanın “Rakuv” komandaları arası keçiriləcək UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.
Qiymətlər müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.
Azarkeşlər biletləri “Iticket.az”ın satış məntəqələrindən (iticket.az-da onlayn satış) və klubun “Park Bulvar”dakı fan-şopundan əldə edə bilərlər.
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Polşadakı ilk görüş iyulun 26-da olacaq.