Messi “İnter Mayami”də ikinci oyunda dubl etdi - VİDEO
İdman
Oxunma sayı: 3 421
Lionel Messi “İnter Mayami”nin heyətində meydana çıxdığı ikinci oyunda dubl edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. “İnter Mayami” - “Atlanta Yunayted” qarşılaşması Böyük Futbol Liqası (MLS) və Meksika çempionatı komandalarının iştirak etdiyi Liqalar Kuboku turnirinin qrup mərhələsi çərçivəsində baş tutub. Oyun “İnter Mayami”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. “İnter Mayami” - “Atlanta Yunayted” - 4:0 Qollar: Messi, 8 (1:0), Messi, 22 (2:0), Teylor, 44 (3:0), Teylor, 53(4:0)