Bu gün Türkiyə-Ermənistan oyunu var

Bu gün Türkiyə-Ermənistan oyunu var
İdman
Oxunma sayı: 9 029
Bu gün Avro-2024-ün seçmə mərhələsinin 5-ci turunun daha 7 oyunu keçiriləcək. 
Azərbaycanlı azarkeşlər üçün əsas diqqət çəkəcək matçlardan biri D qrupunda oynanılacaq - Türkiyə millisi Ermənistanı qəbul edəcək. 
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 
Seçmə mərhələnin ilk turunda bu komandalar arasında İrəvanda keçirilən oyun Türkiyə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 
Bu arada Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov Türkiyə ilə Avro-2024-ün seçmə mərhələsinin V tur matçı ərəfəsində fikirlərini bölüşüb.
“Bəli, bu oyun bizim üçün həlledici görüşdür. Türkiyə yığmasına qalib gəlsək, final turnirində iştirak edə bilmək şansımızı 90 faiz yaxşılaşdıracağıq. Uduzsaq, finala getmək biletimizi itirəcəyik”.
D qrupuna dörd oyundan 9 xal yığan Türkiyə başçılıq edir. Üç oyundan sonra Ermənistan komandası 6 xalla ikinci pillədə qərarlaşıb. Xorvatiya 2 oyun keçirib və 4 xalla üçüncü pillədə qərarlaşıb.