Güləşçimiz dünya çempionatının yarımfinalına YÜKSƏLDİ
İdman
Oxunma sayı: 14 871
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib. 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finaldan başlayaraq, bu raunda qədər bütün rəqiblərinə qalib gəlib. O, 1/4 finalda almaniyalı Erik Tileni “tuş”la məğlub edib. Hacı Əliyev (65 kq) və qadın güləşçi Alyona Kolesnik (59 kq) isə 1/4 finalda rəqiblərinə uduzublar. Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.