Ramazan ayının 4 nurani, bərəkətli xüsusiyyəti

Ramazan ayının 4 nurani, bərəkətli xüsusiyyəti
DİN
Oxunma sayı: 454
Həzrət Peyğəmbər (s) buyurur: "Əgər bəndələr bilsəydilər ki, Ramazan ayında hansı bərəkətlər vardır, arzu edərdilər ki, Ramazan ayı bir il olsun".
Bəs bu bərəkətlər hansılardır?
1. Mömin üçün ilin başlanğıcıdır. İlin başlanğıcı dedikdə, yəni, mömin əməllərini məhz Ramazan ayında təzələməyə başlayar, tövbə edər, paklanar və istiğfar edər. Necə ki, bahar fəsli bitkilər və canlılar üçün yeni həyat deməkdir, Ramazan ayı da mömin üçün yeni mənəvi həyat deməkdir.
2. İlahi qonaqlıqdır. Ramazan ayı möminləri İlahi ziyafətə aparar və İlahi süfrədə əyləşdirər. Həzrət Peyğəmbər (s) buyurur: "Bu, elə aydır ki, onda İlahi qonaqlığa dəvət olunmusunuz. Allahın kəramət əhlindənsiniz. Sizin ondakı nəfəsləriniz - sitayiş, yatmağınız - ibadətdir. Əməlləriniz - qəbul olunan və dualarınız yerinə yetəndir".
3. İlahi bağışlanma. Allahın bağışlayan olması - Onun ən üstün sifətlərindəndir. Allah Öz bağışlanmasını xüsusi bəndələrinə şamil edər və onların qəlbində qərar verər. Allah Təala buyurar: "Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır". ("Nur" 22).

4. Cəhənnəm atəşindən azad olmaq. Milli.Az deyerler.org-a istinadən bildirir ki, Ramazan ayı həm də azad etmə ayıdır. Mütəal Allah bu ayın hər gündüzündə və gecəsində cəhənnəmdən günahkar bəndələri azad edər. İmam Sadiq (ə) buyurur: "Bu, o aydır ki, əvvəli - rəhmət, ortası - bağışlanma və axırı - duaların yerinə yetməsi və cəhənnəm atəşindən azad olmaqdır".
Milli.Az