Qadın diplomat 18-ci mərtəbədən yıxılaraq öldü

Qadın diplomat 18-ci mərtəbədən yıxılaraq öldü
Dünya
Oxunma sayı: 92
İranda İsveçrə səfirliyinin bir əməkdaşı göydələndən yıxılaraq ölüb.
“ILNA" xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyinin sözçüsü Mücəba Xalidi açıqlayıb.
Onun sözlərinə görə, İsveçrə səfirliyi əməkdaşının cəsədi Tehranın Kamraniyə məhəlləsində aşkarlanıb. 52 yaşlı qadın göydələn binanın 18-ci mərtəbəsindən yıxılıb. İsveçrə səfirliyində ikinci şəxs olan diplmat bu binada yaşayıb.
Nazirliyin sözçüsü diplomatın adını açıqlamayıb.