İtaliyanın dövlət borcu tarixi maksimuma çatdı

İtaliyanın dövlət borcu tarixi maksimuma çatdı
Dünya
Oxunma sayı: 100
Bu ilin mart ayında İtaliyanın dövlət borcunun həcmi yeni bir rekordu qıraraq ilk dəfə 2,65 trln. avronu keçib.
Bu barədə İtaliya Bankı (Mərkəzi Bank) məlumat yayıb.
Məlumatda bildirilir ki, fevral ayı ilə müqayisədə İtaliyanın suveren borcu 7 mlrd. avro artıb və tarixi maksimuma – 2,6509 trln. avroya çatıb. Bu, ilk növbədə, borcları 7,7 mlrd. avro artan mərkəzi dövlət administrasiyasının xərclərindəki artımdan qaynaqlanıb. Eyni zamanda, yerli inzibati orqanların borcu 800 mln. avro azalıb. (APA)