Çində 20 gün aradan sonra COVID-19 virusuna ilk daxili yoluxmalar aşkarlandı

Çində 20 gün aradan sonra COVID-19 virusuna ilk daxili yoluxmalar aşkarlandı
Dünya
Oxunma sayı: 139
Çində 20 gün aradan sonra ölkə daxilində COVID-19 virusuna 3 yoluxmanın aşkar edilməsindən sonra Anhuy vilayətinin Luan şəhərinin 2 məhəlləsi orta riskli zona elan edilib. Həmin məhəllələrin bütün sakinləri koronavirus testindən keçirilir.
AZƏRTAC bildirir ki, yoluxmalar Anhuy vilayətinin Luan şəhərində və Feisi rayonunda aşkarlanıb. Bildirilir ki, yoluxanlardan biri bu yaxınlarda Luan şəhərində olarkən xaricdən Çinə qayıtmış şəxslə təmasda olub. Bu səbəbdən yoluxma zəncirinin xaricdən gələn həmin şəxsdən başladığı güman olunur. Yoluxanlarla yaxın təmasda olanların müəyyən edilərək, karantinə cəlb olunur.
 
Qeyd edək ki, Çində COVID-19 infeksiyasına indiyədək 90 min 815 yoluxma aşlarlanıb, 4 min 636 ölüm qeydə alınıb. Hazırda xəstəxanalarda bir nəfəri ağır olmaqla 258 pasiyent müalicə alır.